MÜHİTİN DEQRADASİYASI

təbii və antropogen mühitin vəziyyətinin pisləşməsi və ya dağılması. M.d. onun canlı (biotik) komponentlərinin deqradasiyasına səbəb olur.
MÜHİTİN ÇİRKLƏNDİRİLMƏSİ
MÜHİTİN ÖZÜNÜTƏMİZLƏMƏSİ
OBASTAN VİKİ
Torpağın deqradasiyası
Torpağın deqradasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir. Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib. Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir. Torpağın deqradasiyasına və onun mühitə təsirini müşahidə etməyin dörd əsas yolu var: Torpağın məhsuldarlıq tutumunun müvəqqəti və ya daimi azalması. Bu hadisə biokütlənin itkisi, potensial və ya həqiqi məhsuldarlığın itkisi, torpaq zülallarında, vegetativ örtükdə itki və ya dəyişikliyin müşahidə edilməsi hadisəsinin vasitəsilə qeydə alına bilər İnsan məskənlərini resursla təmin etmək üçün torpağın tutumu üzərində müvafiq əməliyyatlar yerinə yetirmək. Bu torpağın əvvəlki istifadəsinin ana xəttindən hesablana bilər. Biomüxtəlifliyin azalması – ekosistem mürəkkəbliyinin və ya növlərin müxtəlifliyinin azalması. Bu mühit keyfiyyətinin düşməyi deməkdir.
Mühitin çirklənməsi
Mühitin çirklənməsi – mümkün normadan yuxarı dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. İnsan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. Mühitin keyfiyyət indeksi canlı orqanizmlərin vəziyyətinə görə (məs.
Mühitin antropogen amilləri
Ətraf mühitin gigiyenası
Ətraf mühitin gigiyenası — gigiyenanın ətraf mühit şəraitinin əhalinin sağlamlığına təsirini və insanın sağlamlığın; saxlamaq nöqteyi-nəzərincə ətraf mühitin optımallaşdınlması kriteriyasmı (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. Ətraf mühitdə zərərli maddələrin miqdarinin gigiyenik normalaşdırılması — ətraf mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur.
Ətraf mühitin iqtisadiyyatı
Ətraf mühitin iqtisadiyyatı (ing. environmental economics) — təbiət və cəmiyyət arasındakı münasibətlərin iqtisadi aspektlərini öyrənən iqtisadi elm sahəsidir. ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun Ətraf İqtisadiyyatı Proqramında deyilir: “... ətraf mühitin iqtisadiyyatı sahəsi ... dünyada və ya yerli ətraf mühit siyasətinin iqtisadi təsirlərinin nəzəri və empirik tədqiqatlarıdır ... havanın çirklənməsi, suyun keyfiyyəti, zəhərli tullantılar, qatı tullantıların atılması və saxlanması və qlobal istiləşmə ilə əlaqəli ekoloji siyasət ". Ətraf mühitin iqtisadiyyatı ekoloji iqtisadiyyatından fərqlənir ki, ətraf mühit iqtisadiyyatı iqtisadiyyatı təbii kapitalın qorunmasına önəm verərək ekosistemin alt sistemi kimi vurğulayır. Alman iqtisadçılarının bir sorğusu ekoloji iqtisadiyyat və ətraf mühit iqtisadiyyatının fərqli iqtisadi düşüncə məktəbləri olduğunu göstərdi, ətraf mühit iqtisadçıları ətraf mühitin "güclü" dayanıqlığını vurğuladılar və insan ("fiziki") kapitalının təbii kapitalı əvəz edə biləcəyini inkar etdilər. Ətraf mühit iqtisadiyyatının mərkəzində bazar uğursuzluğu anlayışı durur. Bazar uğursuzluğu, bazarların resursları səmərəli şəkildə paylaya bilməməsi deməkdir.
Ətraf mühitin keyfiyyəti
Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.
Ətraf mühitin çirklənməsi
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı
"Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Təltif edilən şəxslər "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə; ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. Maddə 2. Təltif edən orqan "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü
Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü hər il noyabrın 6-da qeyd olunan beynəlxalq gündür. Müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitdən sui-istifadənin qarşısının alınması üzrə Beynəlxalq Gün Kofi Atta Annanın baş katib olduğu dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci ildə müəyyən edilmişdir. O vaxtdan bəri Baş katib Pan Gi Mun yazırdı: "Təbii ehtiyatların qeyri-davamlı istismarının silahlı münaqişənin alovlanması və maliyyələşdirilməsinə və sülhün kövrək əsaslarını pozmasına yol verməmək üçün dialoq və vasitəçilikdən tutmuş qabaqlayıcı diplomatiyaya qədər əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik" deyə bildirmişdir. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) bu gün ilə bağlı bir neçə dəfə bəyanat yayıb. 2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə əlaqədar şərh verib.